Modern.az

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi

Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıq müzakirə edildi

Aktual

13 Dekabr 2018, 18:22

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barronu qəbul edib.

 

Modern.az xəbər verir ki, görüş zamanı 14-15 dekabr tarixlərində Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparıldı.

Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğulayıblar.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi