Modern.az

Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənlərin qarşını aldı

Gömrükçülər ölkəyə qanunsuz siqaret keçirənlərin qarşını aldı

13 Dekabr 2018, 19:51

Gömrük orqanına bəyan edilməyən siqaretlər aşkarlanıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən şübhəli cizgilər müşahidə olunub və əl yükləri yoxlanılıb. Baxış zamanı vətəndaşa məxsus əl yükündən əvvəlcədən gömrük orqanına bəyan olunmayan 5000 ədəd “Senator” adlı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır