Modern.az

Gürcüstanda Marneulinin sabiq azərbaycanlı meri həbsdən buraxıldı  

Gürcüstanda Marneulinin sabiq azərbaycanlı meri həbsdən buraxıldı  

Aktual

13 Dekabr 2018, 20:10

Gürcüstanın Marneuli rayonunun sabiq meri Temur Abazov həbsdən azad edilib.

Modern.az  xəbər verir ki, bu haqda məlumatı Abazovun dostu sosial şəbəkədə yayımlayıb.  Temur Abazov təqribən 7 ay ərzində həbsdə olub.

O, Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani rəftar faktına görə bu ilin iyununda saxlanılmışdı.

Belə ki, iyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü Elçin Allahverdiyev "Facebook" üzərindən canlı yayım edərək T.Abazov və "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra sosial şəbəkədə E.Allahverdiyevin alçaldılaraq, üzr istədiyi videogörüntü yayılıb. Videogörüntüdə T.Abazovun da olduğu iddia edilirdi..
 
Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılmış və ictimaiyyətin hiddətinə səbəb olmuşdu. 

Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 144.3-cü maddəsinin 2-ci hissəsinin "a" altbəndi və 25, 157.1 maddəsinin birinci və ikinci hiasələri ilə başlamışdı.

Məhkəmədə çıxış edən T.Abazov ona qarşı irəli sürülmüş bütün ittihamları əsassız adlandırıb. O, cinayətkar olmadığını qeyd edərək, həmişə qanunlara tabe olduğunu söyləyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...