Modern.az

Bərdə sakini ürəyindən bıçaqlandı

Bərdə sakini ürəyindən bıçaqlandı

Aktual

13 Dekabr 2018, 20:49

Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun İstisu adlanan ərazisində baş verib.

Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

 

Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

 

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...