Modern.az

Qənirə Paşayeva Etibar Pirverdiyevi ittiham etdi: “Mənim ona bir neçə sualım var”

Qənirə Paşayeva Etibar Pirverdiyevi ittiham etdi: “Mənim ona bir neçə sualım var”

15 Noyabr 2011, 15:13

Bu gün Milli Məclisin iclasında “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişikliklər müzakirələrdən sonra qəbul olunub.

Modern.az saytı xəbər verir ki, qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva çıxış edib. Deputat bildirib ki, müzkirələrdə iri dövlət müəssisələrinin rəhbərləri də iştirak etsəydi, daha yaxşı olardı.

“Xüsusən “Azərenerji”nin işilə bağlı onun rəhbərinə mənim bir neçə sualım var. Çox dəhşətli bir haldı ki, abunəçi öz işıqpulunu ödəyir, hətta onun kartında pul da qalır, amma kimsə pulu ödəmir, gəlirlər kütləvi şəkildə vətəndaşların işıqlarını kəsirlər. Bu yolverilməz bir haldır”.

Deputat konkret olaraq misal gətirib. O bildirib ki, özünün də yaşadığı Abşeron rayonu ərazisində iki-üç gündən bir işıq kəsilir.
“Mən bununla bağlı bir adam tapıb onunla danışa bilmirəm ki, niyə belədir, bunu kim belə edir? Çox maraqlı və gülünc alınır ki, külək əsir, işıqlar sönür. Məsələni həll etmək lazımdı. Kiminsə imkanı var, generator alır və öz elektrik enerjisi təminatı problemini həll edir. Ancaq realldır ki, hamı generator ala bilmir. Bütun bunlar mütləq nəzərə alınmalıdı”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir