Modern.az

Deputat Etibar Hüseynov “Azəriqaz”ı günahlandırdı:"Bu dəhşətli haldır..."

Deputat Etibar Hüseynov “Azəriqaz”ı günahlandırdı:"Bu dəhşətli haldır..."

15 Noyabr 2011, 15:24

Milli Məclisin noyabrın 15-də keçirilən iclasında “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” qanunlara dəyişikliklər layihəsi müzakirə olunarkən deputat Etibar Hüseynov çıxış edib.
Modern.az-ın məlumatına görə, deputat çıxışı zamanı “Azəriqaz”ı ittiham edib:

“Bu gün çox dəhşətli bir haldır “Azəriqaz” rəhbəri deyir regionlara qaz çəkilir, ancaq paytaxt Bakı şəhərinin özündə yüzlərlə insan qış ərəfəsində qaz işlədə bilmir. Çoxmərtəbəli binalar var ki, işıq və su ilə təmin olunur, amma qazla yox. Əgər bu bina standartlara cavab vermirsə, onda ona su və işıq da verilməsin.  Bəzən bəhanələr gətirirlər ki, Bakı Şəhəri İcra Hakimiyyəti qaz təchizatına icazə vermir. Mən hesab edirəm ki, qaz və elektrik enerjisi məsələsilə bağlı ciddi islahatlara ehtiyac var”.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar