Modern.az

Lütfi Zadənin Neft Akademiyasının rektoruna yazdığı məktub açıqlandı

Lütfi Zadənin Neft Akademiyasının rektoruna yazdığı məktub açıqlandı

Təhsil

15 Noyabr 2011, 15:31

“Turan” agentliyi Kaliforniyadakı Berkli Universitetinin professoru Lütfi Zadənin professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən azad olunması ilə əlaqədar bu akademiyanın rektoru Siyavuş Qarayevə yazdığı məktubun mətnini açıqlayıb.

"Mediaforum"un məlumatına görə, Lütfi Zadə məktubu Rafiq Əliyevin işdən çıxarıldığını eşidəndən dərhal sonra, noyabrın 9-da yazıb.

Məktubda deyilir: “Mən eşitdim ki, professor Rafiq Əliyev sizin akademiyanın kafedra rəhbəri vəzifəsindən azad edilib. Buna inanmaq çətindir”.

Lütfi Zadə vurğulayıb ki, Rafiq Əliyev dünya miqyaslı alimdir: “Mən professor Əliyevin işinin gələcəkdə Nobel mükafatına namizəd irəli sürüləcəyini gözləyirəm”.

Daha sonra məktubda bildirilir: “Başa düşürəm ki, professor Əliyevin işdən çıxarılması onun insan haqlarına görə hakimiyyəti tənqid etməsi ilə əlaqədardır. Mən tez-tez müxtəlif texniki problemlərlə əlaqədar Əliyevlə telefonla danışıram. Diskussiyalar zamanı insan haqları məsələsinə heç vaxt toxunulmayıb”.

Lütfi Zadə Siyavuş Qarayevə məktubunda qeyd edib ki, o, Rafiq Əliyevin büsbütün elmlə məşğul olduğunu düşünür: “Ümidvaram ki, o öz vəzifəsinə bərpa olunacaq və Azərbaycanda elmin inkişafına yardımını davam etdirəcək.

Prezident İlham Əliyevin və mənim hörmətli dostum, nazir Əli Abbasovun (rabitə və informasiya texnologiyaları naziri - red.) rəhbərliyi ilə Azərbaycanı işıqlı gələcək gözləyir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı