Modern.az

Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...  

Azərbaycanlı mer 10 min lari qarşılığında azad olunub, amma...  

14 Dekabr 2018, 11:12

“Marneuli şəhərinin azərbaycanlı meri Temur Abazov  6 aydan sonra azadlığa buraxılıb. Amma bu müvəqqətidir”. Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.


O, bildirib ki, Temur Abazovun məsələsində onun da adı hallanır.


“Temur Abazov 10 min lari məbləği qarşılığında məhkəmə zalından azad olunub.  O da tam azad olunma deyil. Proses davam edir. Həbsdə qalmamaq şərtilə məhkəmə iclaslarına qatılacaq. Hazırda mən də eyni cinayətlə suçlanıram və məhkəmədəyəm. Təəssüf ki, məni də bu oyuna qatıblar. Temur Abazov qanuni yolla seçilmiş şəhərin meri idi. Gürcüstanın tarixində birinci dəfə seçki yolu ilə seçilmiş icra başçısı olub”.
 

Azərbaycanlı deputatın sözlərinə görə, Marneuli merinin vəzifəsinin icra edən şəxs var:

“Temur Abazovu Marneuli meri vəzifəsində birinci müavini əvəz edir. O gürcüstanlıdır. Əgər Temur Abazovun cinayəti sübuta yetirilsə, onu 5 ildən 11 ilə qədər həbs cəzası gözləyir”.

Azər Süleymanov mandatının əlindən alınmasına edilən cəhdlərin  sensasion məsələ olduğunu vurğulayıb:

“Ağıllarını o dərəcədə itiriblər ki, etmədiyim günahı boynuma almağımı xahiş edirlər. Adama deyərlər hansı günah?! Məqsədləri deputat mandatımı əlimdən almaqdır. Proses belədir. Əgər mən cinayət əməli törətmişəmsə, avtomatik olaraq mandatım geri alınır.  Bu gün buna getmək fikrindədirlər. Buna nə mən, nə də vəkilim razıdır. Onların mübarizəsi budur. Lazım gəlsə, məsələ ilə bağlı Avropa Məhkəməsinə müraciət edəcəm”.

Xatırladaq ki, bu ilin iyununda Marneuli meri Temur Abazov  sakinlərlə pis rəftarına görə həbs edilmişdi.

Qeyd edək ki, Marneulinin əhalisinin çoxu Azərbaycan türkləridir. Mer Temur Abazov azərbaycanlıdır.


Dünən həbsdən çıxan Temur Abazov Marneuli meri vəzifəsinə davam edəcəkmi?

Bəzi məlumata görə, hakim Temur Abazov əgər öz istəyi ilə istefa verməməzsə, Bələdiyyə şurası ehtimal ki, merə qarşı etimadsızlıq elan edəcək. Etimadsızlıq səsverməsi Bələdiyyə şurasının üzvlərinin yarıdan çoxunun tələbi ilə və ya Bələdiyyə ərazisində yaşayan seçicilərin 20%-nin tələbi ilə keçirilə bilər. Əgər bələdiyyə şurasının üzvlərinin 2/3-ü merə qarşı etimadsızlıq təklifini dəstəkləyərsə, 2019-cu ilin iyul ayına kimi növbədən kənar mer seçkilər keçirilməlidir. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu