Modern.az

Rafiq Əliyevin yerinə kim təyin olunub? (Neft Akademiyasından açıqlama)

Rafiq Əliyevin yerinə kim təyin olunub? (Neft Akademiyasından açıqlama)

Ölkə

15 Noyabr 2011, 15:48

Bir müddət öncə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarılan Rafiq Əliyevin yerinə hələ heç kim təyin olunmayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə ADNA-nın mətbuat üzrə məsul şəxsi Elxan Axundov məlumat verib. Onun sözlərinə görə kafedra müdiri vəzifəsinə təyin olunacaq şəxs müsabiqə yolu ilə seçiləcək.
“Kafedraya kimin nə vaxt təyin olunacağını bilmirəm. Məlumat üçün deyim ki, bununla bağlı ilk növbədə qəzetdə müsabiqə elanı veriləcək və seçilən şəxs rektor tərəfindən təyin olunacaq”.

Rafiq Əliyev noyabrın 5-də istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsinin dekanı Ramiz Allahverdiyevin təqdimatı ilə işdən azad olunub. Dekanın təqdimatında göstərilir ki, Rafiq müəllim son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb.

Kafedra müdiri vəzifəsindən azad edilən Rafiq Əliyev ADNA-da professor kimi dərs deməyə davam edir.

R.Əliyev nyabrın 4-də keçirilmiş Ziyalılar Forumunda çıxış edərək Azərbaycanda ictimai-siyasi vəziyyətə etiraz etmişdi

Aytən ƏLİYEVA

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir