Modern.az

Azərbaycanda adambaşına düşən tullantının miqdarı AÇIQLANDI  

Azərbaycanda adambaşına düşən tullantının miqdarı AÇIQLANDI   

14 Dekabr 2018, 12:43

““Təmiz şəhər” ASC tullantıların təmizlənməsi ilə məşğul olan qurumdur. İşimiz tullantıların qəbulu, yerləşdirilməsindən ibarətdir”.

 

Modern.az saytının məlumatına görə, ““Təmiz şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov Gənc Parlamentarilərin Bakıda keçirilən 5-ci Qlobal Konfransında deyib.

O bildirib ki, ölkələr üzrə adambaşına düşən tullantının miqdarı dəyişir.

 

“Azərbaycanda il ərzində adambaşına düşən tullantının midarı 350 kiloqramdır. Zəif inkişaf etmiş ölkələrdə bu rəqəm 100-200 kiloqramdır. İnkişaf etmiş ölkələrdə isə 400-500 kiloqramdır.

 

Azərbaycanda ölkədə tullantıların təkrar emalı da həyata keçirilir. Tullantıların yandırılması nəticəsində tullantıların sayı 10 dəfə azalır. İstehsal gücünə görə, Bərk Məişət Tullantıların Yandırılması Zavodu MDB-də ən iri zavod hesab olunur”-deyə qeyd edib.

 

ASC sədri vurğulayıb ki, BMT-nin hesabatına görə hər il okeanlara 8 milyon ton plastik tullantı atılır ki, bu da ekoloji fəlakətdir.

 

“Belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimzcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyanı üzərinə götürür”.

 

E.Abbasov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi politelin paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır: “Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsini tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

 

Onun sözlərinə görə, istehsalçı ilə bərabər vətəndaş məsuliyyəti də önəmli rol oynayır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi