Modern.az

Ali məktəblərə qəbulla bağlı yeniliklər - gələn ilin abituriyentlərinə xəbər var

Ali məktəblərə qəbulla bağlı yeniliklər - gələn ilin abituriyentlərinə xəbər var

15 Noyabr 2011, 15:53

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytına verilən məlumata görə, 2012/2013-cü tədris ili üçün ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanları zamanı abituriyentlərə hər ixtisas qrupunda aşağıda göstərilən iki imtahan fənni üzrə 25 tapşırıqdan 5-i açıq tipli test tapşırığı şəklində təqdim olunacaq: 

I ixtisas qrupu – riyaziyyat və fizika; 
II ixtisas qrupu – riyaziyyat və coğrafiya; 
III ixtisas qrupu – riyaziyyat və tarix; 
IV ixtisas qrupu – riyaziyyat və kimya. 

2012/2013-cü tədris ilindən başlayaraq ali təhsil müəssisələrinin III ixtisas qrupunda ixtisaslar DT və XH altqruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq. 
Bu qrupa daxil olan fənlərin çəki əmsalları aşağıdakı kimi təyin olunur: 

ana dili – 2; 
tarix – 2; 
riyaziyyat – 1; 
ədəbiyyat – 1; 
xarici dil – 1. 

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir