Modern.az

Paşinyandan “Qarabağ klanı”na növbəti ZƏRBƏ

Paşinyandan “Qarabağ klanı”na növbəti ZƏRBƏ

14 Dekabr 2018, 13:25

Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma “Qarabağ respublikasının müdafiə naziri” Levon Mnatsakanyan istefaya göndərilmə xəbəri rəsmən təsdiqlənib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, general-leytenant Mnatsakanyanı general-mayor Karen Abramyan əvəzləyəcək.

 

Karen Abramyan buna qədər qondarma rejimin ordusunun “Baş Qərargah rəisi” və Ermənistanın 5-ci ordu korpusunun komandiri postlarında çalışıb. Onun baş nazir Nikol Paşinyanın yaxın adamlarından biri olduğu xəbər verilir.

Mnatskayanın gedişatı ilə Paşinyan “Qarabağ klanı”na növbəti zərbə vurub və indi işğal altıdakı regionun lideri Bako Saakyanı hədəf alıb.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir