Modern.az

İranlı deputat Bakıda Urmiya gölü ilə bağlı həyəcan təbili çaldı

İranlı deputat Bakıda Urmiya gölü ilə bağlı həyəcan təbili çaldı

14 Dekabr 2018, 14:21

“İranın ən böyük daxili, dünyanın isə ən böyük duzlu gölü olan Urmiya gölünün vəziyyəti yaxşı deyil. 52 min kvadrat km-dan ibarət olan bu gölün quruması nəticəsində əkinçilikdə istifadə olunan suvarma üçün çox mənfi təsir göstərib”.

Modern.az xəbər verir ki, bunu iranlı deputat Hadi Bahaduri Gənc Parlamentarilərin Bakıda keçirilən 5-ci Qlobal Konfransında deyib.

O bildirib ki, yaxınlıqda müxtəlif su anbarlarının, su bəndlərinin təsis edilməsi, su quyularının qazılması, tarlaların bağlara çevrilməsi və bu kimi məsələlər, eləcə də suyun daha çox istifadə olunması belə bir ekoloji fəlakətə səbəb olub.

“Urmiya gölünün yenidən qurulması, yenidən dirçəldilməsi artıq 6 ildir İran tərəfindən dövlət səviyyəsində həyata keçirilir və bununla bağlı dövlət proqramı başlanıb”-deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi