Modern.az

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verildi

Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi istifadəyə verildi

14 Dekabr 2018, 14:40

Bu gün Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi geniş ictimaiyyətətəqdim olunub.

 

Tətbiqin istifadəsini nümayiş etdirən və üstünlüklərini diqqətə çatdıran Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov olduğuyer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması,məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixininöyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza və xidmətin digər istiqamətlər üzrə servis xidmətlərinin mobil tətbiq üzərindənçıxış əldə etmək imkanlarının yaradıldığını bildirib. Bundan sonra Mobil tətbiq vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn şəkildədaha asan şəkildə elektron xidmətlərdən istifadə edə biləcəklər.

 

Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyatakeçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadiyeniliklər, bildirişlər göndəriləcək. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Mobil tətbiqi hazırda Playmarketdən,qısa zaman sonra isə Appstore-dan yükləmək mümkündür. Gələcəkdəmobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatəetməsi nəzərdə tutulur.

 

Tədbirdə həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək1 aylıq təbliğat-təşviqat kompaniyasının da təqdimatı olub. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC,“Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, Park Cinema vəCinema Plus kinoteatrlar şəbəkəsi, 189 Taksi, Park Bulvar, Dəfnə-Dalida restoranlar şəbəkəsi ilə birgə təşkil olunan məlumatlandırma aylığı dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı