Modern.az

Bəzi bələdiyyələr ləğv olunacaq

Bəzi bələdiyyələr ləğv olunacaq

Aktual

14 Dekabr 2018, 15:59

2019-cu ildə Azərbaycanda bələdiyyə seçkiləri  keçiriləcək.

Növbəti seçkilərə qədər bələdiyyələrin ləğv edilməsi gündəmə gələ bilərmi?

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında deyib ki, qanunvericiliyə uyğun olaraq bələdiyyə üzvlərinin sayının artırılması, azalması, birləşməsi və ləğv olunması onların öz səlahiyyətləri çərçivəsindədir.

 

“Öncədən bələdiyyələrlə bağlı fikirlərim birmənalı olub. Bələdiyyə sistemi təkmilləşməlidir. Bunun üçün müəyyən zaman lazımdır. Artıq o zaman da keçib. Bələdiyyələrin 19 yaşı var. Müəyyən mənada təkmilləşmə də  gedib. 2008-ci ildə və həmçinin iki il bundan əvvəl belə bir proses oldu, 1000-dən artıq bələdiyyə azaldıldı. Bələdiyyələr azaldılanda sözsüz ki, onun üzvlərinin sayı da azaldılır. Bu proses zamanı minlərlə insan ixtisara düşdü”.

 

Tahir Rzayev gələn il bələdiyyə seçkilərinin keçirilməsindən danışarkən onların sayının azaldılmasını da söyləyib.

 

“Gələn il bələdiyyə seçkiləri ilidir. Düşünürəm ki, bələdiyyələrin sayı yenə də azaldılmalıdır. Bələdiyyə seçkilərinə qədər bir çox bələdiyyələr ləğv oluna bilər. Hətta özləri məsələ qaldıraraq, “biz özümüz -özümüzü idarə edə bilmirik. Xahiş edirik bələdiyyəmiz ləğv olunsun” formasında müraciət edə bilərlər. Hazırda bələdiyyələrin sayı yenə çoxdur. Bizimlə eyni əraziyə, eyni əhali sayına bərabər ölkələr var ki, orada bələdiyyələrin sayı azdır. Bolqarıstan, Danimarka, Latviya  kimi ölkələrdə bələdiyyələrin sayı 200, 250 ya da 400 ədəddir”

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!