Modern.az

Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR

Bakı-Tbilisi-Qars marşrutunun vaqonları test edildi - FOTOLAR

Aktual

14 Dekabr 2018, 16:09

Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir.

Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır:

“Bu məqsədlə gələn ilin birinci rübündə İsveçrənin “STADLER Rail Group” şirkəti tərəfindən istehsal olunmuş yeni yataq tipli vaqonlar Azərbaycana gətiriləcək. Sözü gedən vaqonlar ən son texnologiya əsasında istehsal edilir.

Hazırda Almaniyanın Donauvörth və Treuchtlingen dəmir yolu stansiyaları arasında Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının bütün parametrlər üzrə testləri keçirilir”.

Şöbə müdirinin sözlərinə görə, testlər Almaniyanın dəmir yolları tərəfindən 35 km məsafədə aparılır:

“Yoxlanış zamanı vaqonların sürət həddi 177 km/saatadək çatdırılıb. Hazırda testlər uğurla davam etdirilir. Test yürüşləri “Azərbaycan Dəmir Yolları” QSC-nin və “STADLER Rail Group” şirkətinin nümayəndə heyətlərinin birgə iştirakı ilə həyata keçirilir”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır