Modern.az

Bu gecə ölüm-dirim matçına çıxacaq Türkiyənin heyəti açıqlandı - sürpriz "11-lik"

Bu gecə ölüm-dirim matçına çıxacaq Türkiyənin heyəti açıqlandı - sürpriz "11-lik"

Dünya

15 Noyabr 2011, 16:42

Bu gecə Avropa Çempionatı-2012-nin “pley-off” mərhələsinin cavab görüşünəı çıxacaq Türkiyə millisinə ümidlər çox azdır. Evdə qeydə alınan 0:3 hesablı məğlubiyyətin əvəzini ay-ulduzlu komanda çıxa bilərmi? Çətin ki, Xorvatiya yığması qarşılaşmada üstünlüyü əldən versin.

Türkiyə millisi yalnız möcüzə sayəsində nəsə edə bilər. Baş məşqçi Quus Hiddinkin bu oyundan sonra Türkiyə yığması ilə vidalaşacağı artıq bəlli olub. Bununla belə, o, iddiasını da gizlətmir.

Modern.az saytı xəbər verir ki, Quus Hiddink bu gecə saat 23.00-da başlayacaq oyunda şans verəcəyi 11 oyunçunun adını artıq açıqlayıb. Ay-ulduzlu komandanın zəfəri üçün mübarizə aparacaq “11-lik” budur:

Sinan, Sərkan, Ömər, Egemen, İsmayıl, Səlçuq Şahin, Həmid, Səlçuk İnan, Canər, Umut, Kazım

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir