Modern.az

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

“Dedim ki, Serj, 5 rayonu Azərbaycana qaytar...” - LUKAŞENKO

14 Dekabr 2018, 16:29

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalistlərlə görüşü zamanı Rusiya və Belarusun Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı səyləri barədə danışıb.

 

Modern.az xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevandakı samiti zamanı Serj Sarkisyana da müvafiq təklif verilmişdi.

 

“Mən Azərbaycanı və Ermənistanı kompromis qərar verməyə çağırdım. Belarus və Rusiya müqavilənin təminatçısı rolunda çıxış etməli və müəyyən razılaşmaların pozulması halında öz qoşunlarını regiona yeritməli idilər. Biz onda açıq dedik, 7 rayon işğal olunub. Serj, 5 rayonu qaytar. Onsuz da onlar boş qalıb, nə səbəbə qaytarmayasan? O isə “qaytarsam, onlar yolları kəsəcək və bütün Qarabağı işğal edəcək. Biz buna gedən deyilik”-deyə cavab verdi. Mən açığı bu cavabdan təccüblənmişdim. Axı o 5 rayon boş qalıb. Bu ilk addım ola bilərdi. Azərbaycan da, Ermənistan da Avrasiya İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ola bilərdi. Bu Azərbaycanın təşkilata üzv olması üçün əsas şərt ola bilərdi. Niyə imtina etdiniz? Yaxşı, Belarusu qoyaq kənara, axı Rusiya özü müharibənin olamayacağına təminatçı idi”.

 

Belarus lideri Ermənistanın Bakı-Tbilisi-Ərzurum qaz kəmərinə qoşulma perspektivlərini də xatırlayıb. Onun fikrincə, qaz kəmərinin Ermənistandan keçərək Türkiyəyə getməsi daha sərfəli olsa da, zamanında Serj Sarkisyan bu təklifi də geri çevirmişdi.  

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?