Modern.az

Deputat eks-prezidentlərlə bağlı qanunun səsverməsində mövqeyini niyə dəyişdi?

Deputat eks-prezidentlərlə bağlı qanunun səsverməsində mövqeyini niyə dəyişdi?

Təhsil

15 Noyabr 2011, 17:02

Milli Məclisin ötən iclasında “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu layihəsi birinci oxunuşda səsverməyə çıxarılarkən 3 deputat sənədin əleyhinə səs vermişdi: Fəzail Ağamalı, Etibar Hüseynov və Zahid Oruc.
Modern.az saytı xəbər verir ki, Milli Məclisin bugünkü iclasında isə eks-prezidentlər haqqında qanun layihəsinin ikinci oxunuşunun səsverməsində Etibar Hüseynov sənədin lehinə səs verib.

Məsələ ilə bağlı deputat Etibar Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, onun fikrincə, bu qanun ölkədə milli birliyin, milli həmrəyliyin inkşafında böyük rol oynayacaq. Ona görə mövqeyini dəyişməli olub.

“Ötən dəfə bu qanun layihəsinin səsverməsin zamanı onun Ayaz Mütəlibov və Əbülfəz Elçibəyə şamil olmasının istəməyərək əleyhinə səs vermişdim. Mən indinin özündə də Ayaz Mütəlibovla, Əbülfəz Elçibəyi eks-prezident kimi qəbul  etmirəm. Amma onu da qeyd etmək istəyirəm ki, Əbülfəz Elçibəyin elə xidmətləri olub ki, onlar danılmazdı. Mən Əbülfəz Elçibəylə bağlı bir neçə məsələni qeyd etmək istəyirəm. Milli azadlıq hərəkatında Elçibəyin rolu çox böyük olub. Bundan başqa, 1992-ci ildə ölkə başçısız, rəhbərsiz qalanda bu ağırlığı Əbülfəz Elçibəyin öz çiyninə götürməsi, 1993-ci ildə hadisələrin pis vaxtında Azərbaycan hakimiyyətini Heydər Əliyevə təqdim etməsi və özünün Naxçıvana çıxıb getməsi... Onun bu addımlarını mən yaddan çıxarıb insafsızlıq edə bilmərəm”.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir