Modern.az

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Rusiya XİN Lavrovun Bakı səfəri ilə bağlı məlumat yaydı

Aktual

14 Dekabr 2018, 17:44

Rusiya Xarici İşlər Nazirliyi ölkənin xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun Bakıya səfəri barədə kütləvi informasiya vasitələri üçün məlumat yayıb.

 

AZƏRTAC həmin məlumata istinadla xəbər verir ki, dekabrın 14-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilib. İclasda QDİƏT-ə üzv olan dövlətlərin ticarət, maliyyə, makroiqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, həmçinin səhiyyə sahəsində qarşılıqlı əlaqəsinə dair məsələlərin geniş dairəsi nəzərdən keçirilib. Təşkilata Azərbaycanın rəhbərliyi dövründə nəqliyyat, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları nazirlərinin müşavirələrinin, digər tədbirlərin nəticələri müzakirə edilib. Bu fəaliyyətin yekunları yüksək qiymətləndirilib. 2019-cu il yanvar-iyun aylarında QDİƏT-də Bolqarıstan sədrlik edəcək.

 

Məlumatda bildirilir ki, Sergey Lavrov Bakıda səfərdə olarkən Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Sənəddə deyilir: “Siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm aspektləri konstruktiv şəkildə müzakirə olunub. Tərəflər Rusiya-Azərbaycan strateji tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə çatdırmaq məqsədilə bu il sentyabrın 1-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında rəsmi danışıqların yekunlarına əsasən bəyənilmiş beş yol xəritəsinin həyata keçirilməsi üzrə işlərin sürətindən razı qaldıqlarını bildiriblər. Regional və beynəlxalq gündəlikdəki aktual məsələlərə dair ənənəvi qarşılıqlı anlaşma ruhunda fikir mübadiləsi aparılıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...