Modern.az

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

İcra başçısı yanında Şuranın iclası keçirilib - FOTO

14 Dekabr 2018, 18:34

Dekabrın 14-də Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın növbəti geniş tərkibli iclası keçirilib. 

 

Modern.az xəbər verir kçi, icra başçısı Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda  rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

Şura iclası rayon İcra hakimiyyəti başçısının akt zalında keçirilib. Tədbiri giriş sözü ilə açan icra başçısı Məhərrəm Quliyev ilk öncə şuranın müzakirəsinə çıxarılan məsələlər barədə ətraflı məlumat verib.


İcra hakimiyyətinin başçısının müavini Aydın Hacıyev Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə “Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Ağstafa rayonunda həyata keçirilməsinin vəziyyəti barədə çıxış edib.

 

Qeyd edib ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətinin və sosial rifahının daha da yüksəldilməsinə xidmət edəcək.

 

İcra hakimiyyəti  başçısının  müavini Lalə Eyyubova rayonda ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə aparılan işin qanunauyğun tənzimlənməsi, “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin icrasının, dini tolerantlığın təmin olunması sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi barədə geniş məruzələrlə çıxış edib.


Məsələlər ətrafında geniş müzakirələr aparılıb,  icra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi