Modern.az

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Rusiya ilə gömrük sahəsindəki əməkdaşlıq müzakirə edildi

Aktual

14 Dekabr 2018, 20:03

Rusiya Federasiyasının Dərbənd şəhərində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, Rusiya nümayəndə heyətinə Federal Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsi rəisinin səlahiyyətlərini icra edən Hacıramazan İslamov rəhbərlik edib.

 

Görüşdə iki ölkənin dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin və şəxslərin sərhədkeçmə prosesinin tənzimlənməsinə, qarşılıqlı əlaqələrə dair məsələlər müzakirə olunub.

 

Bundan başqa, görüşdə sərhəddən keçən şəxslər, nəqliyyat vasitələri, mallar və yüklərə dair qarşılıqlı məlumat mübadiləsinin həyata keçirilməsinin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi və digər məsələlər müzakirə edilib.

 

Sonda tərəflər arasında işçi görüşün protokolu imzalanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...