Modern.az

Qədir Rüstəmovun ölüm xəbəri təkzib olundu

Qədir Rüstəmovun ölüm xəbəri təkzib olundu

Mədəni̇yyət

15 Noyabr 2011, 17:38

Türkiyədə müalicə edilən Azərbaycanın xalq artisti Qədir Rüstəmovun ölüm xəbəri yayılıb. Modern.az-ın məlumatına görə, sosial şəbəkələrdə istifadəçilər bir-birlərinə xanəndənin ölümü ilə bağlı başsağlıqları verirlər.

Qədir Rüstəmovun ailəsindən xəbəri təkzib ediblər. Xanəndənin hazırda komada olduğu və süni nəfəs aparatına qoşulduğu söylənilib.

İstanbul Acıbadəm xəstəxanasında reanimasiyada olan Q.Rüstəmovun süni tənəffüs aparatına qoşulması və komada olmasını bir neçə saat öncə xanəndənin həyat yoldaşı da ANS-ə bildirmişdi.

Xalq artisti 2 aya yaxındır ki, Türkiyənin Acıbadəm xəstəxanasına yerləşdirilib. Xanəndənin başı ilə əlaqədar problemi olub, sol ayağını tərpədə bilməyib, sol gözündə də görmə problemi var imiş. Türkiyəyə getməmişdən əvvəl Bakıda lazımi müayinələrdən keçib, buradakı mütəxəssislər ona respublikadan kənarda müalicə olunmağı məsləhət görüblər. İstanbulda müalicə olunan xanəndənin qəflətən halı pisləşib və komaya düşüb.

Qeyd edək ki, Qədir Rüstəmov yeniyetmə olarkən bir böyrəyi çıxarılıb. Bəzi məlumatlara görə, şüa müalicəsi xanəndənin orqanizminə pis təsir etdiyindən komaya düşüb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. “Sona bülbüllər” mahnısı Q. Rüstəmovu bütün dünyada məşhurlaşdırılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır