Hindistanda baş verən zəhərlənmədə 12 nəfər öldü. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Kərnatəkə ştatında qeydə alınıb.
Belə ki, qidadan zəhərlənmə nəticəsində aralarında 15 yaşlı qız olmaqla 12 nəfər ölüb, 80 nəfər xəstəxanaya yerləşdirilib.
“Times of İndia”ya istinadən xəbər verir ki, hadisə bir məbədin ərazisində qüllənin inşa olunmasına həsr edilən tədbirdə verilən ziyafətdə vegetarian plovu yedikdən sonra baş verib.
Faciə ilə əlaqədar iki nəfərin saxlanıldığı bildirilir.