Modern.az

Gültəkin Hacıbəyli: "Belə şəxslərə mən hörmət edə bilmərəm"

Gültəkin Hacıbəyli: "Belə şəxslərə mən hörmət edə bilmərəm"

Ölkə

16 Noyabr 2011, 09:34

Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvləri Telman Əliyev, Fikrət Əliyev müxbir üzvləri Rasim Əliquliyev, Ağası Məlikov sabiq millət vəkili Gültəkin Hacıbəylinin Ziyalılar Forumunun son tədbirində iştirak edərək yanlış addım atdığını bildirərək onu reallıqları təhrif etməkdə ittiham edirlər. Akademiklərin mətbuatda dərc olunan müraciətində G.Hacıbəyliyə qarşı kəskin etiraz edilib və məqalənin bəzi yerlərində qeyri-etik ifadələr işlədilib.
Ünvanına səslənən ittihamlara cavab olaraq G.Hacıbəyli “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, akademik Rafiq Əliyev və ona qarşı ittihamların yer aldığı həmin müraciət onu imzalayanların mövqeyini əks etdirmir: 

“Mən çox gözəl bilirəm ki, bu yazını onun altında adları olan şəxslər yazmayıblar. Onlar yazmadıqları yazının altına imza atıblar. Belə şəxslərə isə mən hörmət edə bilmərəm. Hörmət etmədiyim şəxslərə görə isə vaxt ayırıb, açıqlama vermək fikrim yoxdur”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı