Modern.az

Azərbaycanda Van zəlzələsinin qurbanlarına 11 590 ABŞ dolları ianə toplanıb

Azərbaycanda Van zəlzələsinin qurbanlarına 11 590 ABŞ dolları ianə toplanıb

Təhsil

16 Noyabr 2011, 11:54

Türkiyənin Van şəhərində baş vermiş zəlzələdən zərər çəkmiş insanlara ilk yardım göstərən ölkə Azərbaycan olub. Dövlət səviyyəində lazımi ləvazimatlar, canlı qüvvə və s. köməkliklər edilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də öz növbəsində missiyasına uyğun olaraq «Siz tək deyilsiniz» şüarı ilə qardaş Türkiyəyə yardım kampaniyası həyata keçirir.

Cəmiyyətdən Modern.az-a bildirlib ki, bu günə kimi kampaniyaya 94 hüquqi və fiziki şəxs qatılıb və 11 590 ABŞ dolları ianə ediblər. Edilmiş ianələr ardıcıl olaraq Cəmiyyətin rəsmi internet səhifəsində cədvəl şəklində yerləşdirilir və Türkiyə Qızıl Ayının bank hesabına köçürülür.

Dünən «Kaspi Yıldız» MMC və İsmayıllı rayonu da müvafiq olaraq 2000 manat və 1500 manat məbləğində ianə edib. Həmin ianələr də Türkiyə Qızıl Ayının bank hesabına köçürülüb.

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə «Siz tək deyilsiniz» kampaniyasına qoşulmuş hər bir şəxsə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun və çoxsaylı ayparaçıların adından təşəkkür edirik”-deyə Qızıl Aypara Cəmiyyətindən bildirilib.

Yardım üçün hesab nömrələri:   

            AZN

Azərbaycan Beynəlxalq Bankı /
Sahil filialı Kodu: 805595
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33308019449748533210
VÖEN: 1700011681

              ABŞ Dolları

Azərbaycan Beynəlxalq Bankı /
Sahil filialı Kodu: 805595
VÖEN: 9900001881
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33318018409748533210
VÖEN: 1700011681

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı