Modern.az

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

Baş nazir Qüdsü İsrailin paytaxtı kimi tanıyır ...

16 Dekabr 2018, 00:51

Avstraliyanın baş naziri Skott Morrison hökumətin Tel-Əviv əvəzinə Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə planını təsdiqləyib. Modern.az xəbər veir ki, baş nazir bu barədə Sidneydəki institutda çıxışı zamanı bildiib.

 

ölke.az-ın məlumatına görə,  baş nazir bildirib ki, Qüdsdə Avstraliyanın ticarət və müdafiə nümayəndəlikləri açılacaq. Amma hazırda uyğun yer axtarışları səbəbindən səfirliyin köçürülmə məsələsi təxirə salınıb.

 

“Avstraliya artıq Qərbi Qüdsü İsrailin paytaxtı kimi qəbul edir”, - deyə Morrison bəyan edib.

Onun sözlərinə əsasən, Qərbi Qüdsün İsrailin paytaxtı kimi qəbul edilməsi Şərqi Qüdsün Fələstinin paytaxtı kimi qəbul edilməsi imkanı deməkdir. Amma bunun üçün isə iki dövlət arasında münaqişənin sülh yolu ilə nizamlanması lazımdır.

 

Səfirliyin Tel-Əvivdən Qüdsə köçürülməsi Avstraliyaya 144 milyon dollara başa gələcək. Yaxın vaxtlarda Qüdsdə əlavə konsulluq binası və müdafiə, ticarət məsələləri üzrə xüsusi bürolar açılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir