Modern.az

Qəhrəmanı dəlidən?...  

Qəhrəmanı dəlidən?...   

16 Dekabr 2018, 11:56

Məhsəti Şərif

Sıradan bir qız, sərsəmlədi. Mediatik olmağa çalışdı və ya hansısa bir planını həyata keçirmək üçün beyin ölçüsündən böyük danışdı. Psixoloqdu deyirlər, məncə deyil. Hər psixologiya oxuyan psixoloq olmur. Psixikanı bilmək və insanların ruhunu ələ almaq gedib auditoriyada müəllim dinləməklə olmir.

Nəysə, bu başqa bir mövzudur. Amma artıq gözümü mazol edən o qız istənilən halda məqsədinə nail oldu. Niyə? O qız planını həyata keçirməyi bacardı. Erməniləri düşmən hesab etməməsi onun öz işidir. Demək ki, qan çəkir. Amma şəhidə dil uzatdı və bu təbii olaraq insanlarda qıcıq yatardı. Hər kəs onu tənqid, təhqir etdi. Sosial şəbəkələrə indiyədək bir-iki dostundan başqa heç kimin tanımadığı o qızı indi hamı tanıyır.

Deyəcəksiniz ki, Allah kəssin belə tanınmağı. Amması ordadı ki elə "psixoloq" da bunu istəyirdi və amacına nail oldu. Əvvala erməni və ermənipərəst dostlarının alqışını qazandı. İkincisi, mənim düşüncə azadlığım boğulur, həyatım təhlükədədi deyərək, Avropadan sığınacaq alacaq və gedib ordan Azərbaycanı eninə-boyuna söyəcək. Məsələnin başqa və ən vahiməli tərəfi isə əslində onunla eyni düşüncəyə malık olanların olduğunu üzə çıxardı.

Təəssüf ki, biz hələ beyni kif tutanlardan təmizlənə bilməmişik. Sonra bir qrup daha var. Guya qəhrəmanlıq edərək bu qıza cəza verirlər. Saxta profillər, saxta fikirlər yayaraq işin cürüyünü cıxardırlar. Bəziləri isə məncə elə eyni düşüncədədir və bu vasitəylə ermənilərə xidmət edir.

Məsələn, dünən tanımadığım bu gəncin səhfəsinə girdim. Artıq qəhrəman ədasıyla yazdığı statuslar və özünü müdafə şəkili və onu alqışlayanlar...

Aha, el birliyi ilə erməni xüsusi təyinat orqanarına tanınmış  "psixoloq" hədiyyə etdiniz. Cənablar, bacılar, qardaşlar ictimai qınaq çox yaxşıdır. Məncə də ən yaxşı cəza növüdür. Amma bir çəkisi olan, cəmiyyətə hər hansı bir fikri ilə təsir vasitəsi olan insan olanda. Gərəksiz və cəmiyyət üçün bir məna kəsb etməyən insanları bu qədər vecə alarsaq, daha mühüm məsələlər qalar. Belə tip insanlar hər zaman olacaq. Bu insanların dediklərinin altında yatan əsas məqsədi buraxın rəsmi orqanlar arasdırsın. Tənqid edin, amma onu yerin dibinə soxmaq üçün ondan daha betərini etməyin.

Bizim bütün şəhidlərimiz cox yüksəkdədi. Eləcə də Mübariz! İndi bir psixi problemi olan psixologiya tələbəsinin sərsəmləməsi o yüksəkliyə catacaq? Ya da biz kimi kimdən qoruyuruq? Qəhrəmanı dəlidən? Bu insanarı özlərini bu qədər önəmli saymalarına izn verməyin!  Bu qızı da biri oturdub qarşısına, tarixi öyrətsin. Uzaq tarixi bəlkə beyni almaz. Elə Xocalını anlatsın, həyətində topraqla oynayarkən şəhid edilən Zəhradan danışsın. Ya da gördülər olmur, psixoloqa aparsınlar. Müalicə lazımdı, cəmiyyəti xəstə beyinlərdən təmizləməyin fərqli yolları var. Elə "anan, bajın, varın, yoxun…" deməklə iş həll olmur! 

Qəhrəmanı dəlidən qorumayın məncə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub