Modern.az

Türkiyə millisinə bir daha çağırılmayacaq futbolçuların adları açıqlanıb

Türkiyə millisinə bir daha çağırılmayacaq futbolçuların adları açıqlanıb

Təhsil

16 Noyabr 2011, 12:32

Avropa Çempionatı-2012-nin “pley-off” mərhələsində Xorvatiyaya mğlub olan Türkiyə millisinin hollandiyalı baş məşqçisi Quus Hidink mətbuata açıqlamasında postundan getdiyini bəyan edib.

Modern.az “Doğan” xəbər agentliyinə istinadən Hiddink “çox yəqin postumla vidalaşmalıyam” deyib. O. Zaqrebdən Türkiyəyə deyil, vətəninə gedib

Hiddinklə yolları ayıran Türkiyə Futbol ederasiyası “İstanbul Böyükşəhər Belediyespor” klubunun baş məşqçisi Abdullah Avcını milli komandaya gətirməyi düşünür.

Türkiyə Futbol Federasiyası bu gün və ya ən geci sabah bir yığıncaq keçirib hollandiyalı məşqçi ilə müqaviləni ləğv edəcək.

Bun arada məlum olub ki, Türkiyə milli komandasının kapitanı Əmrə Bələzoğlu da milli formaya vida edir. Əmrə “2012-ci ildən milli komandada oynamaq istəmirəm” deyib.

Türkiyə mediasının məlumatına görə, son illər milli komandanın dəyişməz oyunçuları sayılan qapıçı Volkan Dəmirəl, müdafiəçilər Sərvət Çətin və Gökhan Zan da bir daha yığmaya çağırılmayacaqlar.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır