Modern.az

Oğulun anasını bıçaqlama səbəbi bilindi

Oğulun anasını bıçaqlama səbəbi bilindi

Aktual

16 Dekabr 2018, 20:00

Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.

 

A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı