Modern.az

Təhsil nazirinin sabiq müavini daha bir postdan uzaqlaşdırıldı

Təhsil nazirinin sabiq müavini daha bir postdan uzaqlaşdırıldı

Təhsil

16 Noyabr 2011, 12:38

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin bu gün keçirilən X məclisində komitənin Məclis və Rəyasət Heyətinə qismən dəyişiklik edilməsi barədə qərar qəbul olunub. APA-nın məlumatına görə, qərara əsasən təhsil nazirinin keçmiş müavini Elmar Qasımov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən azad edilib. Onun yerinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov təyin olunub.

Modern.az-ın məlumatına görə, Elmar Qasımov sentyabrın 14-də ölkə başçısının müvafiq sərəncamı  təhsil nazirinin müavini postundan azad edilib.
Baş nazir Artur Rasizadənin noyabrın 3-də imzaladığı qərarla isə E.Qasımov Təhsil Nazirliyinin kollegiya üzvlüyündən də çıxarılıb. 

İndi Elmar Qsımov yalnız Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvüdür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı