Modern.az

“Qarabağ”dan minimal hesablı qələbə

“Qarabağ”dan minimal hesablı qələbə

Aktual

16 Dekabr 2018, 21:37

Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/4 final oyunu keçirilib. Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" kubokun son sahibi "Keşlə" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu oyunun 65-ci dəqiqəsində Kamran Ağayevin səhvindən sonra Rahil Məmmədov vurub.

 

Qeyd edək ki, digər oyunlarda "Qəbələ" "Sabah"a, "Zirə" "Səbail"ə eyni hesabla qalib gəlib. "Sumqayıt" isə səfərdə "Neftçi"ni məğlub edib - 2:0.

Cavab görüşləri 19-20 dekabrda keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı