Modern.az

Maral  ovlayan brakonyerlərlə bağlı təhqiqat başladı

Maral  ovlayan brakonyerlərlə bağlı təhqiqat başladı

16 Dekabr 2018, 22:04

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qəbələ rayonunda keçirilən reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, dolaya yaxınlaşan əməkdaşlar bir baş dişi maralın  vurulduğunu müşahidə ediblər.  Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ rayon Polis Şöbəsinə müraciət edilib.

Adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşən maralı ovlayan şəxslərin kimliyinin müəyyən edilməsi məqsədilə  təhqiqat aparılır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir