Modern.az

ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı

ABŞ kilsə zəngini 100 ildən sonra Filippinə qaytardı

16 Dekabr 2018, 22:22

Filippin-ABŞ müharibəsi zamanı Amerika ordusu tərəfindən aparılan Samar adasındakı kilsəyə məxsus üç zəng 100 ildən sonra Filippinə qaytarılıb. Modern.az xəbər verir ki, yerləşdiyi şəhərin adından götürülən “Balanqiq zəngləri” adı ilə tanınan bürünc zənglər dekabrın 15-də həmin kilsəyə qaytarılıb.

 

Zənglərin qaytarılmasına həsr olunan mərasimdə Filippin Prezidenti Rodriqo Duterte kilsənin qarşısına toplaşan mindən çox sakinin qarşısında həmin zəngləri səsləndirib.

 

ABŞ tərəfinə minnətdarlığını bildirən R.Duterte qeyd edib ki, zənglərin qaytarılması iki ölkə arasında “yeni və daha enerjili mərhələnin” başlanmasının rəmzidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir