Modern.az

Ağcabədidə minik maşını traktora çırpıldı: 1 ölü

Ağcabədidə minik maşını traktora çırpıldı: 1 ölü

16 Dekabr 2018, 22:36

Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Boyat kəndində qeydə alınıb.

 

Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilə, daha sonra isə qarşı tərəfdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ-2106" markalı avtomobildə olan, şəxsiyyəti hələlik müəyyənləşdirilməyən sərnişin ölüb.

 

Hadisə nəticəsində daha iki nəfər də xəsarət alıb. Yaralılar ətrafdakı insanlarım köməkliyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xatırladaq ki, bir müddət əvvəl rayonda avtomobil piyadanı vuraraq öldürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?