Modern.az

2018-ci ilin “Kainat gözəli” seçildi - FOTO  

2018-ci ilin “Kainat gözəli” seçildi - FOTO   

17 Dekabr 2018, 08:38

Taylandın paytaxtı Banqkok şəhrəində keçirilən “Kainat gözəli” yarışması Filippindən olan 24 yaşlı qız Katriona Qreyin qələbəsilə yekunlaşıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  67-ci dəfə keçirilən bu gözəllik müsabiqəsinin qalibini finala çıxan qızlar arasındamn ABŞ, İndoneziya, Venesuela, Avstraliya və Braziliyadan olan münsiflər heyəti seçib.

 

“Kainat gözəli-2018” Katriona Qrey tanınmış televiziya aparıcısı, müğənni, teatr  aktrisası və model kimi də tanınır. Onun atası Avstraliyadan, anası Filipindəndir.

Qalibin tacını 2017-ci ildə ABŞ-da keçirilən "Kainat gözəli" ümsabiqəsinin Cənubi Afrika Respublikasından olan qalibi Demi-Li Nel-Piters təqdim edib.


Dünyanın ən gözəl qızlarının final yarışmasında ikinci Venesuela nümayəndəsi Stefani Gutierrez qazanıb.

"Kainat gözəli" ən nüfuzlu gözəllik müsabiqələrindən biridir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir