Modern.az

Dini Komitənin sədri həyəcan təbili çaldı 

Dini Komitənin sədri həyəcan təbili çaldı 

17 Dekabr 2018, 11:33

"Sosial media beynəlxalq təşkilatlar səviyyəsində hər zaman müzakirə predmeti olub. Bu vasitə dünyada insanlar arasında ünsiyyət baxımından digər media nümunələrini üstələyir. Çünki burada hər kəs fərdi şəkildə öz fikrini ifadə edə bilir".

 

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini qurumlar və sosial media" mövzusunda keçirilən konfransda deyib.

 

O bildirib ki, sosial medianın müsbət tərəfləri ilə yanaşı, müəyyən problemləri də var.

 

Qeyd edib ki, bəzi ölkələrdə sosial medianın fəaliyyəti üzərində dövlət səviyyəsində qanunvericiliklə nəzarətin yaradılması istiqamətində addımlar atılıb. Mübariz Qurbanlının sözlərinə görə, bəziləri bunu azadlığa maneə kimi qələmə verirlər.

 

“Avropanın ən inkişaf etmiş ölkələrində belə sosial mediaya nəzarət edilir: "Çünki bu sahədə bəzən dezinformasiya baş alıb gedir. Eyni zamanda, insani dəyərlərə, əxlaqa zidd məsələlərlə əlaqədar məlumatlar geniş şəkildə təşviq və təbliğ olunur. Ona görə də bu mövzu Azərbaycanda da daim diqqət mərkəzindədir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər