Modern.az

Sabahın hava proqnozu - Yağış, qar... - XƏBƏRDARLIQ  

Sabahın hava proqnozu - Yağış, qar... - XƏBƏRDARLIQ   

17 Dekabr 2018, 13:03

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a veridyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.

 

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti  təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 18-19-da Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlama ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi