Modern.az

Şəhid qızının türk millət vəkilinə cavabı - FOTO  

Şəhid qızının türk millət vəkilinə cavabı - FOTO   

Aktual

17 Dekabr 2018, 14:29

Son günlər sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı “psixoloq”un Milli Qəhrəman Mübariz İbrahimov haqqında “etdiyi cinayətdir, qəddarlıqdır” deməsi gündəmi zəbt edib. Qızın özünün ciddi psixoloji problemlər yaşadığı aşkardır. Aydındır ki, Mübariz kimdir və hansı amal uğrunda şəhid olub. Lakin bu cür düşüncəyə malik insanlar bunu başa düşməzlər. Onun yaşı da məsələni dərk etməyə imkan vermir. Qız liberal çevrəyə yaxındır. Onun sosial şəbəkələrdə ermənilərlə dostluğu haqqında faktların ortaya qoyulması göstərdi ki, Nərmin Şahmarzadə hansı düşüncənin sahibidir. Qız hansısa ermənin “məzlum”, ”fağır” obrazının təsiri altındadır. Ən əsası “xanım psixoloq” sosial şəbəkədə, mətbuatda layiqli cavabını aldı.

Baş verənlərin ortaya çıxmasının yaxşı tərəfi də oldu: Artıq onun kimilər bu fikrə düşmək istəyərkən “Nərmin Şahmarzadə dərsini”ni nəzərə alacaqlar. Onun kimilər “nəyə toxunmaq olar, nəyə toxunmaq olmaz” dərsini aldılar. Yolunu azmış və ya azdırılmış birinin şəhidlərimiz haqqında mənfi sözlər işlətməsi, şəhidlərimizi kiçiltmir, əksinə daha da yüksəldir, əzəmətləşdirir. Dərk edirlər ki, xalqın ürəyində əbədi olanlara toxunmaq olmaz. Ona kim toxunursa, qarşısında xalqın nifrətin görür. Xalqımız öz şəhidlərini qoruyub və bundan sonra da qoruyacaq. Türk milləti öz şəhidlərini sevərək dəfn edir. Onları qürurla yaşadır.

Şəhidliyin türk millətinin dini-fəlsəfəsində xüsusi yeri var. Bu günlərdə sosial şəbəkədə Türkiyə Böyük Millət Məclisinin sabiq millət vəkili, tanınmış siyasətçi Ruhi Ərsoyun şəhid qızı ilə diaoloqu diqqətimi çəkdi.
“Evdə şəhidin 5 yaşlı qızı ilə qarşılaşdım. Uşağın əlində bərk-bərk saxladığı mavi şar var idi. "Bir yerdə oynayaq?" dedim. "Olmaz, partlasa ölərəm" söylədi. Mən də ona "partlasa, mən sənə minlərlə şar alaram" dedim. Cavab verdi: "Olmaz, bu şarı atam şişirdib, içində onun nəfəsi var ".

Məncə, “Türk milləti niyə çökmür" sualının cavabını şəhidin 5 yaşlı qızının sözlərində axtarmaq lazımdır.



Elnur Eltürk

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür