Modern.az

Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

17 Dekabr 2018, 16:38

Qusar rayonunun Əniğ kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, dekabrın 15-də saat 20 radələrində Qusar rayonunun Əniğ kəndi ərazisində kənd sakini Rəşad Əliverdiyev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmkəndlisi Orxan Cabbarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

 

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir