Modern.az

Azərbaycanda ümumi daxili məhsul artıb  

Azərbaycanda ümumi daxili məhsul artıb   

17 Dekabr 2018, 17:42

2018-ci ilin yanvar-noyabr aylarında ölkənin ümumi daxili məhsulu 1 faiz artaraq 72432,1 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3 faiz, neft sektorunda isə 0,3 faiz artıb.

ÜDM-in 45,2 faizi sənayedə, 9,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,8 faizi tikintidə, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrində, 15,1 faizi digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 8 faizini təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 9,2 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,6 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7 faiz, sənayedə 1,3 faiz, digər xidmət sahələrində 0,7 faiz artmış, tikintidə isə 13,1 faiz azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7378,5 manata bərabər olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?