Modern.az

İlham Əliyev Qətər Əmiri və müavinini təbrik etdi

İlham Əliyev Qətər Əmiri və müavinini təbrik etdi

Aktual

17 Dekabr 2018, 18:14

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir: "Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".

Dövlət başçısı eyni zamanda Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir: "Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

 

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi