Modern.az

Xəstəxanada yanğın: 6 ölü, 108 yaralı

Xəstəxanada yanğın: 6 ölü, 108 yaralı

Dünya

17 Dekabr 2018, 21:03

Hindistanda xəstəxanada yanğın olub. Modern.az xəbər verir ki, yanğın ölkənin Mumbay şəhərindəki dövlət xəstəxanasında baş verib. Yanğın nəticəsində 6 nəfər həlak olub. Hadisə zamanı 108 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

 

Məlumata görə, xəstələrin hamısını binadan təxliyə etmək mümkün olub. Onlar yaxınlıqdakı tibb müəssisəsinə yerləşdirilib. Yanğının səbəbləri hələlik məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi