Modern.az

Atəşkəs dövrünün insan itkiləri...

Atəşkəs dövrünün insan itkiləri...

17 Dekabr 2018, 22:10

1994-cü ilin 12 mayında Qırğızıstanın baş şəhəri olan Bişkekdə Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında saziş imzalandı. Bu saziş Ermənistan Azərbaycan arasındakı təmas xəttində lokal toqquşmaları dayandırsa da, təmas xəttində insan ölümlərinin qarşısını ala bilmədi.

 

Belə ki, 2015-ci ilə qədər olan atəşkəs dövrü təmas xəttində 610 Azərbaycan hərbçisi erməni əsgərləri tərəfindən şəhid edildi. Atəşkəs dövründə yaralananların ümumi sayı 750 nəfərdən  çoxdur.

 

Kütləvi informasiya vasitələri arasında aparılan monitorinqin nəticələri, hərbi mənbələrdən əldə edilən məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə edilmiş müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir: - 2004 və 2015-ci illər ərzində  120-dən çox Azərbaycan hərbçisi mina partlayışları nəticəsində  dünyasını dəyişib. 200-dən çox hərbi qulluqçu isə mina partlayışları nəticəsində  bu və ya digər formada  yaralanıb.

 

Atəşkəs dövrü mina partlayışından dünyasını dəyişən mülki vətəndaşların sayı 18 nəfər, yaralananların sayı isə 25 nəfər olub.  

 

Atəşkəs dövründə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan çox hərbi qulluqçusu Ermənistan Ordusu tərəfindən girov götürülüb və onların 5-i üçüncü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıb.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi, həmçinin həmin vaxtilə ərazilərdə yaşayan əhalinin demoqrafik göstəricilərinə də öz təsirini göstərib. Bunu aşağıdakı cədvəl məlumatlarında da görmək olar:

 

 

2005

2008

2009

2010

2011

2012

Nəfər

 

 

 

 

 

 

Əhalinin sayı (ilin sonuna, min nəfər)

597,7

608,0

616,0

624,1

628,8

636,9

Təbii artım

5671

6873

6908

6934

3926

6790

Doğulanlar

8277

9618

9564

9778

6674

9859

Ölənlər

2606

2745

2656

2844

2748

3069

o cümlədən:

 

 

 

 

 

 

1 yaşa qədər ölən uşaqlar

40

79

63

65

71

61

Nikahlar

4202

4603

4480

4326

4528

4378

Boşanmalar

487

481

501

671

671

761

Əhalinin hər 1000 nəfərinə

 

 

 

 

 

 

Təbii artım

8,9

10,7

11,3

11,2

6,3

13,0

Doğulanlar

13,1

15,0

15,7

15,8

10,7

18,9

Ölənlər

4,2

4,3

4,4

4,6

4,4

5,9

o cümlədən:

 

 

 

 

 

 

1 yaşa qədər ölən uşaqlar

3,9

8,0

7,4

6,6

8,3

8,0

Nikahlar

6,8

7,2

7,4

7,0

7,2

8,4

Boşanmalar

0,8

0,7

0,8

1,1

1,1

1,5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 Faiq İsmayılov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı