Modern.az

“Brexit” üzrə səsvermənin vaxtı açıqlandı

“Brexit” üzrə səsvermənin vaxtı açıqlandı

17 Dekabr 2018, 22:42

"Böyük Britaniya parlamenti Avropa İttifaqı üzvlüyündən çıxmaq barədə sazişə dair səsverməni 2019-cu il yanvarın üçüncü həftəsində keçirəcək". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Tereza Mey İcmalar palatasındakı çıxışı zamanı bildirib.

 

Tereza Mey  bildirib ki, səsverməöncəsi müzakirələrə yanvarın 7-də qayıdacaqlar: “Bundan sonrakı həftədə isə səsvermə keçirəcəyimizi bu gün təsdiq edə bilərəm”.

 

Qeyd edək ki, ilkin olaraq dekabrın 11-nə təyin edilən səsvermə noyabrın 25-də Avropa İttifaqı ilə razılaşdırılan sazişin İcmalar palatası tərəfindən narazılıqla qarşılanması səbəbindən təxirə salınmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir