Modern.az

Abşeronda 30 yaşlı kişi itkin düşdü

Abşeronda 30 yaşlı kişi itkin düşdü

Aktual

17 Dekabr 2018, 22:58

Abşeron rayonunda 30 yaşlı kişi itkin düşüb. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə onun analığı Bibixanım Salmanov məlumat verib.

Onun sözlərinə görə, Abşeron rayonunun Saray qəsəbəsi, Adil Mənsimov küçəsi 9A ünvanında yaşayan 1988-ci il təvəllüdlü Sədi Həşim oğlu Salmanov iki gündür evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun ruhi xəstə və dil qüsuru olduğu da bildirilir. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir