Modern.az

Ərdoğan: Bizi bir-birimizə qırdırmaq üçün...”

Ərdoğan: “Bizi bir-birimizə qırdırmaq üçün...”

Aktual

17 Dekabr 2018, 23:27

“Məzhəb üzərindən bizi bir-birimizə qırdırmaq üçün biriləri şeytani oyunlarını davam etdirmək istəyirlər. İnsanı insanın canavarı olaraq görən anlayış təəssüf ki, bəşəriyyətin həm bu gününü, həm də gələcəyini təhdid edir”. Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya səfərində Həzrəti Mövlanənin 745-ci ildönümü ilə bağlı keçirilən Şəb-i Arus mərasimində bildirib.

 

R. Ərdoğan qeyd edib ki, İslam dünyası bu çətin dövrdə Həzrəti Pirin tövsiyələrinə daha çox ehtiyac duyur: “Mövlanənin doktrinasının mahiyyəti əşyaya təslim olmamaq, insanı ucaltmaq, münaqişəni deyil, həmrəyliyi əsas götürməkdir. Onun tövsiyəsinin əsası çoxluqla vəhdətdir, yəni çoxluqda birlik təşkil etməkdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!