Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Aktual

17 Dekabr 2018, 23:41

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 62,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,17 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 60,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 57,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 59,16 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!