Modern.az

Səs toplayıb "Maşın"dan getdi

Səs toplayıb "Maşın"dan getdi

18 Dekabr 2018, 00:27

“Hind kinosu” devizi ilə yayımlanan “Maşın” şounun növbəti günündə maraqlı anlar yaşanıb. Modern.az xəbər verir ki, səsverməyə müğənni Mina Hüseyn çıxıb. 52.01 faiz səs toplayan Mina oyunda qalmaq hüququ qazanıb. Lakin o, özü oyundan getmək istədiyini bildirib və yarışı tərk edib.

Qeyd edək ki, Mina "O səs Türkiyə" də iştirakçıdır. Yaxın günlərdə onun çıxışları başlayacaq.

Xatırladaq ki, hazırda şouda mübarizəni şairə Nazilə Səfərli, müğənni Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır