Modern.az

Əhalinin banklardakı əmanətləri artıb   

Əhalinin banklardakı əmanətləri artıb    

18 Dekabr 2018, 10:31

Mərkəzi Bankın məlumatına görə 2018-ci il noyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz artaraq 8140,0 milyon  manat  təşkil edib.

Modern.az saytı xəbər verir ki, əmanətlərin 63,5 faizi  xarici, 36,5 faizi  isə milli valyutada  qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə, xarici valyutada əmanətlər isə 1,6 faiz  artıb.


Noyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,93 (2,02) manata, 100 Rus rubluna 2,57 (2,74)  manata bərabər olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir